






Müxtəlif kateqoriyalar altında cəmləşdirdiyimiz 250-dən çox
Məhsullarımız arasından axtardığınızı rahatlıqla tapın
Sağlamlığınız üçün araşdırdığımız
Herba Flora olaraq 1998-ci ildən fəaliyyət göstəririk
Təbiətdən gələn faydalı bitki məhsullarını kəşf edin
Herba Flora şirkəti olaraq əsas öncəliyimiz hər zaman müştəri məmnuniyyətidir. Onlara sağlam həyat bəxş etmək üçün daim çalışırıq.
Şirkətimiz yaradıldığı ilk gündən bəri, insanlara tam təbii bitki və bitki tərkibli məhsullarla təbiətdən gələn sağlamlığı əlçatan etməyi özünə missiya bilmişdir.
Herba Flora, daima inkişaf yönümlü siyasəti ilə dünyada bitki tərkibli məhsulların istehsalı sahəsində baş verən yenilikləri izləyir, müştərilərinə ən yüksək texnologiyalarla hazırlanmış keyfiyyətli məhsulları təqdim etmək üçün əzmlə öz üzərində çalışır.
Zəyərək ( Kətan ) Toxumunun Faydaları
Zəyərək ( Kətan ) Toxumu
Zəyərək toxumu çox faydalı bir qida məhsuludur. Onun tərkibində yüksək miqdarda Omega-3 yağ turşusu, bitki mənşəli zülallar, E, B1, B6 vitaminləri, maqnezium, fosfor, kalsium, sink, selen, liqnanlar, liflər və antioksidantlar var.
Zəyərək toxumu yüksək miqdarda həll olunan və həll olunmayan lif tərkibi sayəsində həzm prosesini tənzimləyir və mədə-bağırsaq mikroflorasını dəstəkləyirı, xüsusən də eroziya və xora nahiyələrini qıcıqlanmadan qoruyaraq ağrıkəsici effekt verir. Yağ turşuları bağırsaqları yumşaldır, qəbizliyin qarşısını alır. Qastrit və bağırsaq problemlərində həm də qoruyucu və sakitləşdirici təsir göstərir. Müalicəvi liflər həmçinin toxluq hissi yaradır, bu da artıq çəkinin qarşısını almağa və arıqlamağa kömək edir.
Qəbizlik
Həzm Sistemi
Qastrit
Təbii antioksidantlar və yağ turşuları sayəsində orqanizmə iltihab əleyhinə təsir göstərir. Bu, xüsusilə artrit, astma və bağırsağın iltihabi xəstəlikləri kimi problemlərdə faydalıdır. Omeqa-3 yağ turşusu lipid və xolesterin mübadiləsini sürətləndirir, “pis” xolesterolun (LDL) səviyyəsini aşağı salır, “yaxşı” xolesterolun (HDL) səviyyəsini artırır, ürək-damar sistemini qoruyur. Qan təzyiqini tənzimləyir, damarların elastikliyini qoruyur və tromboz riskini azaldır. İnsulinin səviyyəsini sabit saxlamağa kömək edir. Menopauza zamanı, həmçinin qadınlarda estrogen səviyyəsi ilə bağlı disbalansda istifadə edilir.
“Herba Flora” şirkəti zəyərək toxumu tərkibli mədəqoruyucu Teastomin və qaraciyər hüceyrələrinin bərpasına kömək edən Hepartea çaylarını istehsal edir!
Faydalı məlumatlar
Füzuli Hüseynovun yazıları ilə bitkilərin faydaları haqqında məlumat əldə edin
Füzuli Hüseynovun elmi araşdırmalara əsaslanaraq yazdığı faydalı məlumatlar
Hüseynov Fizuli Məmməd oğlu, 1973-cü ildə Naxçıvan MR Kəngərli rayon Qabıllı kəndində doğulmuşdur.
1990-cı ildə Qabıllı kənd orta məktəbini gümüş medalla bitirərək, Azərbaycan Tibb Unversitetinin tibbi profilaktika fakültəsinə daxil olmuşdur və 1996-cı ildə bitirmişdir.
Füzuli bəy sizlərə yeni və faydalı məlumatları çatdırmaq məqsədilə bloq postları yazır.